Menu

Hərbi attaşelər Zakir Həsənovun qəbulunda - Foto

15.07.2014, 11:50
Hərbi attaşelər Zakir Həsənovun qəbulunda - Foto

İyulun 14-də müdafiə naziri Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələrini qəbul edib. Nazir Silahlı Qüvvələrdə aparılan islahatlar, görülən işlər, o cümlədən ölkənin xarici hərbi prioritetləri barədə geniş məruzə ilə çıxış edib. Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun da iştirak etdiyi görüşdə xidməti fəaliyyətlər nəzərdən keçirilib, qarşıda duran məqsəd və vəzifələr barədə geniş fikir mübadiləsi aparılıb.

Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol