Menu

Qüdrət Həsənquliyev yenidən BAXCP sədri seçilib

07.04.2018, 16:19
Qüdrət Həsənquliyev yenidən BAXCP sədri seçilib

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) V qurultayı keçirilib.

APA-nın xəbərinə görə, Qüdrət Həsənquliyev partiyaya sədrlik etdiyi dövrdə görülən işlər, qarşıda duran vəzifələr barədə hesabat xarakterli çıxış edib.

O, BAXCP-nin Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını, ölkədə keçirilən bütün seçkilərdə fəal iştirak etdiyini qeyd edib.

Qurultayda BAXCP Ali Məclisinin sədri Vaqif Abışov, Mərkəzi Nəzarət Təftiş Komissiyası sədri Yeganə Mehdibəyli, İdarə Heyətinin üzvü Hüseynağa Qəniyev, partiya sədrinin müavinləri - Niyaməddin Orduxanlı və Elçin Mirzəbəyli çıxış ediblər.

Sonra BAXCP sədrliyinə seçkilər keçirilib. Q. Həsənquliyev yenidən partiyanın sədri seçilib.

Şərhlər

Cəbhəçi (AXC) 2018-04-07 16:19:59

Azərbaycanda hansısa partiya olduğunu bilən,onların işini görən,
varmı? Bu necə xalqın partiyasıdır ki,xalqın bundan xəbəri yoxdur,xalq arasında görünməyib, heç bir çağırışı olmayıb, kütləvi tədbirlər keçirilməyib.AXC-nin adını parçalayıb.hərə bir söz əlavə edib baş girləyirlər.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol