Menu

ReAl partiyaya çevrildi - Təsis qurultayı Feysbukda keçirildi

09.04.2018, 10:36
ReAl partiyaya çevrildi - Təsis qurultayı Feysbukda keçirildi

Respublikaçı Alternativ Partiyasının (ReAl) təsis qurultayı keçirilib.

ReAl-ın icraçı katibi Natiq Cəfərli “Report”a açıqlamasında deyib ki, “Facebook” sosial şəbəkəsində “Qurultay nümayəndələri” qrupu yaradılıb, təsis konfransı virtual olaraq burada keçirilib: “Biz qurultayın keçirilməsinə yer ayrılması üçün bir neçə dəfə Bakı Şəhər İcra Hakimiyyətinə, o cümlədən Bakıda fəaliyyət göstərən otellərə müraciət etsək də, müsbət cavab almamışdıq. Ona görə də alternativ variantdan istifadə etdik. Qurultayda 254 qurultay nümayəndəsi iştirak edib. Səsvermə ilə partiyanın təsis olunması və Nizamnaməsi, proqram sənədləri, atributları qəbul olundu. Daha sonra ReAl-ın qərargahında seçki məntəqəsi təşkil olundu, 184 qurultay nümayəndəsi səsvermədə iştirak etdi. Real səsvermə ilə, yəni seçki bülletenlərinin qutuya atılması yolu ilə hazırda həbsdə olan Respublikaçı Alternativ Partiyasının Təşkilat Komitəsinin sədri İlqar Məmmədov 183 səslə partiyanın sədri seçildi. İlqar Məmmədovdan başqa namizəd yox idi".

O bildirib ki, qurultayda partiyanın Məclisi də formalaşıb: “Məclisdə 40 yer üçün 61 namizəd vardı. Bütün proses onlayn rejimdə qurultay nümayəndələrinə göstərilirdi. Partiya Məclisinə yerli Məclislərin də sədrləri daxil edilib, bunların sayı 18-dir. Proseslər film kimi çəkilib, bunun da təqdimatı olacaq”.

Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər

t.ədalət 2018-04-09 10:36:37

"Partiya-partiya oyunları" xalqın başını qatmaq üçün düşünülmüş bir şoudur.Xalqa iş yeri lazımdır.Boşalan büdcəni doldurmaq üçün bahalaşma kompaniyasına da son verilməlidir.Ölkə güzaran ehtiyaclarının içərisində boğulur.Oğru və quldur məmurlar o qədər varlanıblar ki,əyləncə üçün yeni-yeni formalar axtarır,dələduz hərəkətləri ilə əhalini bezdirirlər.Kadrlar vətənpərvərlik cəhətdən deyil şəxsi münasibətlərə görə irəli çəkilirlər.Nəticə isə uğursuzluğa yol açır.Adamlara layiq olmadıqları adlar verilir.

Səməd 2018-04-09 10:36:37

Sizi təbrik edir və Azərbaycanın siyasi arenasında öz real mövqeyinizin davamlı olmasını arzulayıram. İlqar müəllimin o gül balasına tezliklə qovuşmasını Allah(T.t)dan diləyirəm.

Qarabaglı 2018-04-09 10:36:37

Qarabaglılar ilqar memmedovun qarAbagın hellinde mühüm rol oynayıb hel etmeyne 100 faiz inanır.......

Naxcıvanlı 2018-04-09 10:36:37

İlqar memmedova her an desdek olmaga naxcıvanlılar her an hazırdı tek ilqar bey namizet olsun

Xalq 2018-04-09 10:36:37

Azerbaycan xalqının oğlu ilqar memmedov bu xalqın bir arzusu varki onu azad görək

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol