Menu

Sabah hava necə olacaq? - Proqnoz

15.07.2014, 13:26
Sabah hava necə olacaq? - Proqnoz

Bakı və Abşeron yarımadasında iyulun 16-da hava şəraiti dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraitinin müşahidə olunacağı, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol