Menu

Ərdoğanla Putin arasında telefon danışığı olub

09.04.2018, 15:33
Ərdoğanla Putin arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

“Report” Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, prezidentlər Suriyanın Şərqi Guta əyalətindəki vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, aprelin 8-də müxalif qüvvələrinin nəzarəti altında olan Şərqi Guta bölgəsindəki Duma rayonunda kimyəvi silahdan istifadə edilib. İlkin məlumata görə, kimyəvi hücum nəticəsində 75 nəfər ölüb, 1000-dən çox adam zəhərlənib. Zərərçəkənlərin çoxunun körpə və azyaşlı uşaqlar olduğu bildirilib.

ABŞ başqa olmaqla Qərb dövlətləri bu cinayəti Bəşşar Əsəd rejiminin törətdiyini bəyan ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol