Menu

Vladimir Putin amerikalı generalı mükafatlandırıb

09.04.2018, 18:15
Vladimir Putin amerikalı generalı mükafatlandırıb

Rusiya prezidenti Vladimir Putin ABŞ Dəniz Piyadaları Korpusunun general-mayoru Çarlz Boldeni Dostluq Ordeni ilə təltif edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, fərman rəsmi internet saytda dərc edilib.

Məlumata əsasən, Ç.Bolden bu mükafata iki ölkə arasında kosmonavtika sahəsində əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə görə layiq görülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol