Sülh və Demokratiya Partiyasının (BDP) üzvü və Ağrı bələdiyyəsinin sədri Sırrı Sakıkın qardaşı Namık Sakık prezidentliyə namizəd, baş nazir Rəcəb Tayyib Ərdoğana seçki təbliğat və təşviqat kampaniyasına dəstək olmaq üçün 9 min TL (təxminən 4 min AZN) ianə verib.
Teleqraf.com xəbər verir ki, Nanık Sakık ölkənin gələcəyinin Ərdoğandan asılı olacağını və ona əlindən gələn dəstəyi verəcəyini deyib: "Mən "Tayyibçi"yəm. Bu adam hakimiyyətə gələndən sonra gün gördük. O, olmadan bu ölkədə heç nə olmaz. Mən üzüm yemək istəyirəm, bağbanı döymək istəmirəm. Bundan sonra prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan üçün işləyəcəyəm".
Baş nazirə qarşı tənqidlərin əsassız olduğunu deyən Sakık hər kəsi Ərdoğanı dəstəkləməyə çağırıb: "Yersiz tənqidlər vicdansızlıqdır. Bu insan türklərlə-kürdləri birləşdirdi. Mən ona heyranam. O, bu ölkənin gələcək lideridir. Bütün kürdləri Ərdoğana səs verməyə çağırıram".


Şərhlər