Menu

Girov götürülən Kəlbəcərli ilə bağlı yeni fakt - Azərbaycan vətəndaşı deyil

15.07.2014, 15:50
Girov götürülən Kəlbəcərli ilə bağlı yeni fakt - Azərbaycan vətəndaşı deyil

Ermənistan Silahlı Qüvvələri tərəfindən doğma yurdu olan Kəlbəcərdə girov götürülən Dilqəm Əhmədovla bağlı yeni fakt əldə edilib.

Kəlbəcər rayon İcra Hakimiyyətindən AzNews.az-a bildirilib ki, hazırda erməni girovluğunda olan soydaşımız əslən Kəlbəcər rayonundan olsa da, Rusiya vətəndaşıdır. İH-dan deyilib ki, D. Əhmədovla birlikdə girov götürülən Şahbaz Quliyev isə Tərtər rayon sakinidir.

Qeyd edək ki, Erməni mətbuatı 2 azərbaycanlının Dilqəm Əhmədovun və Şahbaz Quliyevin girov götürüldüyü barədə məlumatları dünən yayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol