Menu

Sumqayıt sakini özünü öldürmək istədi

10.04.2018, 20:31
Sumqayıt sakini özünü öldürmək istədi

Sumqayıt şəhərində 45 yaşlı kişi intihara cəhd edib.

"Report"un məlumatına görə, hadisə Sumqayıtın dəmir yolu stansiyası ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1973-cü il təvəllüdlü Taleh Zeynal oğlu Əliyev bədəninin müxtəlif nahiyələrinə kəsici alətlə ağır xəsarətlər yetirməklə intihara cəhd edib. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol