Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermədə saat 10:00-a olan seçici fəallığı barədə məlumatları açıqlayıb.
“Report”un xəbərinə görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, səsverməyə start verilən andan - saat 08:00-dan indiyədək ölkə üzrə 5 milyon 309 min 434 seçicidən 994 min 196 nəfəri (ümumi seçicilərin 18.71%-i) səsvermədə iştirak edib.

Şərhlər
Ola bilməz bəs deyirlər ki, artıq 102 % seçici öz səslərini veriblər.