Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından prezidentliyə namizədliyi irəli sürülən Qüdrət Həsənquliyev səs verib.
APA-nın məlumatına görə, o, 29 saylı Səbail Seçki Dairəsinin 28 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
Prezidentliyə namizəd seçkilərin gedişatından razılığını bildirib: “Seçki prosesi indiyədək demokratik qaydada keçirilib. Əlbəttə, bütün namizədlərin imkanları eyni deyil. Amma Seçki Məcəlləsinin hər hansı normasının pozulması müşahidə olunmur. Ümid edirəm ki, səsvermə də qanunlara uyğun baş tutacaq. Bu seçki daha güclü, demokratik Azərbaycana, Qarabağın azad olunmasına yol açacaq siyasi xətti dəstəkləyəcək. İnşallah, biz Qarabağı azad edəcəyik. Daha güclü, demokratik Azərbaycan quracağıq. Xeyirli, uğurlu olsun!”


Şərhlər
5 310 000 secicinin 4 000 000-u olkede yoxdur...Ses verenler,goresen kimlerdir,hi..?
Bu reqemleri men proqnozlaşdırıram
İlham Eliyev 87,8 %-88,2%
Gudret Hasanquliyev 3,2%-3,8%
Hafiz Hajeyev 1,9%-2%
Araz Alizade 0,9-1,1%
Sardar Calaloglu 1,7-1,9%
Razi Nurulayev 1,1-1,2%
Faraj Guliyev 0,99-1,3%
Fealliq 82,9% Eger duz cixsa xahis edirem bu serhi verin