Menu

Ayaz Mütəllibov prezident seçkilərində səs verib

11.04.2018, 12:50
Ayaz Mütəllibov prezident seçkilərində səs verib

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov Prezident seçkilərində səs verib.

"Report"un məlumatına görə, eks-prezident 17 saylı Yasamal üçüncü Seçki Dairəsinin 26 saylı məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.

A.Mütəllibov məntəqəyə həyat yoldaşı Ədilə Mütəllibova ilə birlikdə gəlib. Onlar məntəqəyə daxil olduqdan sonra barmaqlarına mürəkkəb vurulub. Sonra A.Mütəllibov və həyat yoldaşı seçki bülletenlərini götürərək səs veriblər.

Keçmiş prezident deyib ki, vətəndaşların sərbəst səsvermələri üçün lazımı şərait yaradılıb: "Məntəqədə olduğum müddətdə gördüklərimə əsasən deyə bilərəm ki, seçkidə fəallıq müşahidə olunur. Seçicilər öz iradələrini sərbəst formada ifadə edirlər".

Şərhlər

t.ədalət 2018-04-11 12:50:28

Azərbaycana dəhşətli faciələr və göz yaşları gətirən,rusiyaya sədaqəti ilə nümunə göstərən,"sözə baxmayanları cəzalandırmaq üçün başda qoçu Ağa olmaqla Bakılılardan ibarət qoçu dəstəsi yaradan,"Heydər Əliyevi dəstəklədiklərinə görə mühasirədə qalan Naxçıvana təyyarə uçuşlarını bloklayan,ermənistandan deportasiya olunanları məskunlaşdıqları erməni mənzillərindən küçəyə tökdürən və b.hoqqalar çıxaran Ayaz Mütəllibovu təbliğ etmək tariximizə ögeylikdir.Ayıqlığımızı itirməməliyik!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol