Menu

NATO baş katibi Türkiyəyə səfər edəcək

11.04.2018, 17:24
NATO baş katibi Türkiyəyə səfər edəcək

NATO-nun baş katibi Yens Stoltenberq gələn həftə Türkiyəyə rəsmi səfər edəcək.

APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, baş katibin səfəri aprelin 16-da reallaşacaq.

Y. Stoltenberq səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu və müdafiə naziri Nurəddin Canikli ilə görüşəcək. Görüşlərdə Türkiyə-NATO əlaqələri, "Zeytun budağı" hərbi əməliyyatı, terrorla mübarizə, NATO-nun Brüssel zirvəsinə hazırlıq və regional məsələlərin müzakirə edilməsi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol