Menu

Ermənistan parlamentində Serj Sarkisyana qarşı məşəl şousu - VİDEO

11.04.2018, 23:41
Ermənistan parlamentində Serj Sarkisyana qarşı məşəl şousu - VİDEO

Ermənistan parlamentinin iclasının gedişində müxalifətçi “Yelk” fraksiyasının nümayəndələri Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə qarşı məşəl şousu təşkil ediblər.

“Biz hamını aprelin 13-də Azadlıq meydanına toplaşmağa və Serj Sarkisyanın baş nazir təyin edilməsinin qarşısını almağa, Respublika partiyasının hakimiyyətinə son qoymağa çağırırıq”, - fraksiyanın üzvü Ararat Mirzoyan deyib.

Virtualaz.org Rusiya mətbuatına istinadla xəbər verir ki, daha sonra deputat hamını “azadlıq məşəli” yandırmağa səsləyib və əlindəki tüstü məşəlini yandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol