"ARAZ ƏLİZADƏ QADINDIR, YOXSA KİŞİ?!" - Namizəd edəndə bir baxmazlar?... (+VİDEO)

Araz Əlizadə onu qadın hesab edən AŞPA həmməruzəçisinə cavab verib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak dünən özünün “Twitter” bloqunda Azərbaycanda keçirilən növbədənəkənar prezident seçkisini müşahidə etdiyini yazıb. O, namizədlərdən birinin – Sosial Demokrat Partiyasından namizədliyini verən şəxsin qadın olduğunu yazıb.

Seçkidə iştirak edən 8 namizəddən biri, Azərbaycan Sosial Demokrat Partiyasından namizədliyini verən şəxs isə bu qurumun sədri, deputat Araz Əlizadədir.

Araz Əlizadənin Stefan Şennaka verəcəyi cavabın maraq doğurduğunu nəzərə alan Modern.az-ın əməkdaşı Sosial Demokrat Partiyasının sədri ilə əlaqə saxlayıb.

“Stefan Şennakın məni qadın kimi təqdim etməsinin səbəbini deyə bilmərəm. Onunla heç bir görüşümüz olmayıb. Bir-birimizi tanımırıq. Amma səlahiyyətli nümayəndəm Sevda Əliyeva ayın 9-da onlarla görüşmüşdü. Ümumiyyətlə, son günlər bir mövzu var. Araz Əlizadə qadındır, yoxsa kişi?!”, - deyə Modern.az-a açıqlamasında prezidentliyə keçmiş namizəd, Milli Məclisin deputatı Araz Əlizadə AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan ŞennakIın onu qadın kimi təqdim etməsinə münasibət bildirərkən deyib.

Araz Əlizadə həmməruzəçinin onun adını Arzu kimi oxuması iddiasına da aydınlıq gətirib.

“Azərbaycanda Arzu adında qadın da, kişi də var. Düşünmürəm ki, o, Araz adını Arzu kimi oxusun. O, ümumiyyətlə, Arzu sözünün mənasını bilmir. Mənə elə gəlir ki, o, diqqətlə qulaq asmayıb və ona görə də belə yanlışlığa yol verib”.

Prezidentliyə keçmiş namizəd bir dəfə də digər bir halla rastlaşdığını bildirib:

“Keçən prezident seçkilərində (2013) Latın Amerikasından bir müşahidəçi vardı. Onların qarşısında çıxış edəndə baxdım ki, bu adam yatıb. Ola bilər ki, yorulub. Görüş başa çatandan sonra əl çalınanda bu yuxudan ayıldı və əlini qaldırdı. Üzünü mənə tutaraq “niyə gender məsələsinə toxunmadınız?” dedi. Cavab verdim ki, “gender məsələsindən danışanda siz yatmışdınız”. Belə hallara rast gəlmək mümkündür”.

Araz Əlizadənin başına gələn bu əhvalat "O olmasın, bu olsun" filmindən bir epizodu yada salır. Məşədi necə deyirdi, "bunu gətirəndə baxmadınız ki, arvaddı, ya kişidi?"

635x100

Şərhlər

Azər 2018-04-12 16:39:06

Yapon .....

G.M 2018-04-12 16:39:06

O Arazın adını bunun üstündən götürmək lazımdır.Biz cəhənnəmə O boyda Araz Çayının adına ``arvad`` demək olmaz.M.Pənahov balıx hafizə və ``aa`` Araza görə cavabdehdir.40 nəfər normal şəxsin salam vermədiyi adam 40000 imza toplaya bilməz.

Mewedi 2018-04-12 16:39:06

Bu gelini getirede baxmamusizki arvatdır, yoxsa kiwi?

ABDULQADIR 2018-04-12 16:39:06

,,XONSA,,dir.yani ne erkekdir ne dishi..

николай 2018-04-12 16:39:06

Araz Əlizadə qadın deyil......

Müfəttiş 2018-04-12 16:39:06

Bir var QADIN, bir də var arvad, Bunlar fərqli personadır...

vetendas 2018-04-12 16:39:06

Camaat, bu qaqas cixis zamani kisi qestumu gemisdi axi, xariciler ...

miri 2018-04-12 16:39:06

Keçən əsrin əvvəllərində çarşab altundakina "adam gətirəndə baxmazki, arvadıdır,yoxsa kişi" deyib gulurdulər, indi mandat dalindakularin bəzilərinə belə gülürlər.

Mirzə AĞ 2018-04-12 16:39:06

O, nə qadındır, nə keçi... pardon, nə kişi - bir "azar"dır, hopub canımıza!!!

Ayət 2018-04-12 16:39:06

Qadın olmaq günah deyil. Bizim tariximizdə Natəvan, Həcər kimi kişi qeyrətli qadınlarımız olub. Mənə elə gəlir ki, Stefan Şennak Araz Əlizadə haqqında düzgün rəy vermişdir. Sadəcə onu cinsinə görə yoz, hərəkətlərinə görə qiymətləndirmişdir. Stefan Şennak demək istəyir ki, Araz Əlizadə kimi kişi olmaqdansa, qadın olmaq daha yetərlidir.

Memmed 2018-04-12 16:39:06

Adam tanıyan adam

Kərim 2018-04-12 16:39:06

Adam əməllərinə görə qiymət verib.Burada nə var ki? Güya Araz bilmirdi ki,o seçilməyəcək? Hərəkətinə görə verilən qiymətdən inciməyin yeri yoxdur.

Son yazılar