«AzPolitika.info»-nun xarici KİV-ə istinadla veriyi xəbərə görə, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tsizinpin Pakistanın Baş naziri Şahid Hakim Abbasla görüşü zamanı bəyan edib ki, tərəflər Çin-Pakistan iqtisadi dəhlizinin tikintisini davam etdirməlidirlər. Bu barədə ÇXR xarici işlər nazirliyinin (XİN) məlumatında söhbət açılır.
Görüş Boaoda keçirilən Asiya iqtisadi forumunda baş tutub. Forum bu günlərdə Çinin Xaynan adasında keçirilir.
«Tərəflər Çin-Pakistan iqtisadi dəhlizinin tikintisini irəli aparmalı və Hvadar limanında industrial parkların tikintisini planlaşdırmalıdırlar» - deyə Çin lideri bəyan edib. O, həm də Pakistan hakimiyyətinin ölkənin dövlət suverenliyi, ərazi bütövlüyü və öz qanuni maraqlarının müdafiəsi istiqamətindəki səylərinin Çin tərəfindən dəstəkləndiyini ifadə edib.
Şahid Abbas da ö növbəsində, qeyd edib ki, Çinlə Pakistan sadiq qardaşlardır və köklü maraq kəsb edən məsələlərdə bir-birini dəstəkləyir.
«Çin-Pakistan iqtisadi dəhlizinin tikintisi hər iki tərəfin və bütövlükdə, bölgənin inkişafı sahəsində çox böyük əhəmiyyət kəsb edir. Pakistan maliyyə, energetik, kənd təsərrüfatı, infrastruktur sferalarında ikitərəfli əməkdaşlığı gücləndirməyə hazırdır» - deyə, Çin XİN Abbasdan sitat gətirir.
Abbas onu da qeyd edib ki, Çin dünyada və bölgədə sülh və sabitliyin qorunub saxlanmasında böyük rol oynayır və ölkəsi bu istiqamətlədə bundan sonra da Çinlə sıx əməkdaşlığa, beynəlxalq məsələlər üzrə fəaliyyətini koordinasiya etməyə hazırdır.
Çin-Pakistan iqtisadi dəlizi 46 milyard dollarlıq infrastruktur layihəsidir və Çin tərəfindən maliyyələşdirilir. Layihə çərçivəsində geniş şəbəkəli avtomobil və dəmir yolları vasitəsilə Pakitanın cənub-qərbindəki Hvadar limanını Çinin Sintszinyan-Uyğur muxtar rayonu ilə birləşdirmək nəzərdə tutulur. Hindistan layihənin əleyhinə çıxır, belə ki, dəhlizin tikintisi Çinlə Pakistanın mübahisəli Hilgit-Bəlistan bölgəsində iqtisadi fəaliyyətini nəzərdə tutur. Bu da tarixi Kəşmir rayonunun bir hissəsidir və Hindistanla Pakistan arasında mübahisə obyektidir. İslamabad Hilgit-Bəlistana nəzarət edir, Nyu-Dehli isə ərazini özününkü hesab edir.


Şərhlər