Menu

Məzahir Pənahov pozuntular haqda

12.04.2018, 12:43
Məzahir Pənahov pozuntular haqda

Mərkəzi Seçki Komissiyasına (MSK) səsvermənin gedişində qanun pozuntusunun olması ilə bağlı müraciət daxil olmayıb.

“Report”un xəbərinə görə, bunu MSK sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ümumilikdə MSK-ya 300-ə yaxın müraciət dail olub, bunlar da sorğu xarakterlidir.

M.Pənahov sosial şəbəkələrdə yayılan bəzi məlumatlara da münasibət bildirib: “Pozuntusa olubsa, dərhal araşdırılmalıdır. Seçki məntəqələrinin biri ilə bağlı məlumat paylaşılmışdı, həmin məlumat araşdırıldı, aydın oldu ki, deyilənlər həqiqəti əks etdirmir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol