Menu

Türkiyə XİN Suriya əməliyyatında İncirlik bazasından istifadə məsələsinə aydınlıq gətirib

12.04.2018, 13:14
Türkiyə XİN Suriya əməliyyatında İncirlik bazasından istifadə məsələsinə aydınlıq gətirib

“Aprelin 7-də Suriyada Duma şəhərinə qarşı hücumun rejim qüvvələri tərəfindən həyata keçirildiyinə dair güclü şübhələr var. Kimyəvi silah hücumları insanlığa qarşı cinayətdir, təkrarlanmaması üçün günahkarların cəzalandırılması lazımdır”.

APA-nın “Habertürk”ə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib. O bildirib ki, Suriyadakı gərginliyin azaldılması üçün ABŞ-ın BMT-də təqdim etdiyi qərar layihəsinin rədd edilməsi qaçırılmış fürsətdir.

XİN sözçüsü “ABŞ Suriyaya hücum edərsə, Türkiyə bu əməliyyatı dəstəkləyəcəkmi?” sualına belə cavab verib: “Baxaq, görək hadisələrin inkişafı bizə nəyi göstərəcək. Prosesi yaxından izləməyə davam edirik”.

Əməliyyatda Türkiyədəki İncirlik hərbi bazasından istifadə edilib-edilməyəcəyi barədə sualı cavablandıran H. Aksoy bu məsələnin bazar ertəsi NATO baş katibi Yens Stoltenberqin Ankaraya səfəri zamanı müzakirə olunacağını söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol