"İsrail hər Ramazanda olduğu kimi yenə ölüm yağdırır"
Qəzza zolağında baş verənlərə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan yenidən sərt reaksiya verib. O, İsraili terrorçuluqda ittiham edib.
ANS TV-nin məlumatına görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Fələstində İsrailin son günlərdə etdiyi heç nə ilə izah olunmur: “İsrail terror əsiridir. Bu fərdi terrordan da o tərəfə keçir. Bu terror bir dövlət anlayışı ilə edilir. İsrail hər Ramazanda olduğu kimi yenə ölüm yağdırır. Bu sabah guya atəşkəs təsdiqlənib. 2012-ci ildə də atəşkəs qərarı verilmişdi. Ümid edirəm ki, bu təmin olunar. Əlbəttə ki, atəşkəs son dərəcə önəmlidir. Şərqin çirkli siyasətində yenə də günahsız uşaqların qanından istifadə olunub”.


Şərhlər