Menu

İlham Əliyev MDİ-nin vitse-prezidentini qəbul edib

12.04.2018, 15:26
İlham Əliyev MDİ-nin vitse-prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti Mario Davidi qəbul edib. "Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Azərbaycanda keçirilən Prezident seçkilərində müşahidəçi kimi iştiraklarından məmnun qaldıqlarını deyən Mario David dünən bir neçə seçki məntəqəsində səsvermə prosesini izlədiklərini bildirərək seçkilərin yaxşı təşkil olunduğunu, seçicilərin səsvermədə fəal iştirak etdiklərini vurğulayıb.

Prezident İlham Əliyev ölkəmizdə seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını qeyd etdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol