«AzPolitika.infn»-nun Türkiyə KİV-ə istinadla verdiyi xəbərə görə, Suriyanın Afrin bölgəsində tərkibinə yerli sakinlərin daxil olduğu Yerli Şura yaradılıb. Çümə axşamı bu barədə «Anadolu» agentliyi xəbər yayıb.
Şuranın tərkibinə yalnız Afrin sakinləri daxil ola bilərdi. Bu məqsədlə 20 nəfər seçilib - 11 kürd, 8 ərəb və 1 nəfər türkmən. Şuranın başçısı postuna etnik kürd olan Züheyr Haydar seçilib.
Xəbərdə dəqiqləşdirilir ki, şuranın icraiyyə komitəsinin tərkibinə 8 nəfər daxildir. Şuranın başçısı Afrini tərk etmiş qaçqınları öz evlərinə dönməyə çağırıb.
«Əgər Afrinin bütün sakinləri geri qayıtsa, biz daha demokratik seçkilər keçirə bilərik. Şəhərə gəlmələr yox, şəhər sakinləri nəzarət edəcəklər» - deyə, agentlik Haydarın sözlərindən sitat gətirir.


Şərhlər