“Rossiya24”ün aparıcısı Aleksey Kazakov III dünya müharibəsi və yaxud nüvə savaşları zamanı xalqa təlimat xarakterli bir sıra tövsiyələr verib.
Axar.az xəbər verir ki, o, son zamanlar ABŞ-Rusiya arasında yaranan gərginlikdən dolayı əhaliyə müraciət edərək zəruri ərzaq məhsullarını toplamağı məsləhət bilib.
Kazakov bildirib ki, müharibə zamanı insanlar sığınacaqlara yerləşdiyində özləri ilə düyü, yarma, buğda və s. uzunmüddət xarab olmayan məhsullar götürməlidir.
O, həmçinin burada suyun da olduqca önəmli rasion olduğunu diqqətə çatdırıb.


Şərhlər
Əgər 3-cü dünya müharibəsi olacaqsa,onda rusiyanın qazancı nədir?Kazakovun məsləhətləri axmaq bir səfilin sərsəmləməsidir.Rusiya gedib başqa ölkələrin ərazilərini işğal edir,bunu görmürlər,hələ bir müharibədən dəm vururlar.2-ci dünya müharibəsindəki uğurlar müttəfiq respublikaların hesabına idi.İndi rusiya müharibəyə qoşulsa məğlub oilacaq.Bu məğlubiyyət isə rusiyanın tam sonu olacaq.