Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçirilib.
"Report" xəbər verir ki, gecənin qarşılaşmalarından sonra İngiltərənin "Arsenal", İspaniyanın "Atletiko", Fransanın "Marsel" və Avstriyanın "Zalsburq" komandaları yarımfinala yüksəlib.
"Arsenal" ötən həftə evdə 4:1 hesabı ilə yendiyi MOİK-lə Rusiyada 2:2 hesablı heç-heçə edib. "Topçular" iki oyunun nəticəsinə görə mərhələ adlayan tərəf olublar.
"Atletiko" evdə 2:0 hesabı ilə yendiyi "Sportinq"ə Portuqaliyada minimal hesabla uduzsa da, top fərqində üstün olub.
"Marsel" və "Zalsburq" komandaları isə müvafiq olaraq, Almaniya "Leyptsiq"i ilə İtaliya "Latsio"sunun qapısından müvafiq olaraq 5 və 4 top keçiriblər və ilk görüşdəki məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıblar.
Avropa Liqası, 1/4 final, cavab oyunları
"Zalsburq” (Avstriya) – Latsio (İtaliya) - 4:1
İlk oyun – 2:4
"Sportinq” (Portuqaliya) – "Atletiko” (İspaniya) - 1:0
İlk oyun – 0:2
MOİK (Rusiya) – "Arsenal” (İngiltərə) - 2:2
İlk oyun – 1:4
"Marsel” (Fransa) – "Leyptsiq” (Almaniya) - 5:2
İlk oyun – 0:1
Yarımfinal mərhələsinin püşkü bu gün atılacaq.


Şərhlər