Menu

"Yəqin, kimsə deputat olunmaq istəyir..." - Siyavuş Novruzov

13.04.2018, 18:02
"Yəqin, kimsə deputat olunmaq istəyir..." - Siyavuş Novruzov

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı məlumatlara münasibət bildirib.

YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Report”a açıqlamasında deyib ki, hazırda növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi gündəmdə deyil.

O, Milli Məclisə növbədənkənar seçkilərin hansı hallarda keçiriləcəyinə aydınlıq gətirib: “Birincisi, növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Azərbaycan Konstitusiyasında dəyişiklik edilməlidir. Bunun üçün də ümumxalq səsverməsi keçirilməlidir. Konstitusiyada parlamentin hansı müddətdə fəaliyyəti ilə bağlı maddə var. Hətta parlament seçkilərinin hansı gün keçirilməsi də konstitusiya ilə müəyyənləşir.

İkincisi, 2016-cı ilin sentyabrın 26-da keçirilən səsvermə ilə Konstitusiyaya dəyişiklik edilib. Dəyişikliyə əsasən, Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəməsinin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə və qanunda nəzərdə tutulmuş digər məsələlərin öhdəsindən gələ bilmədikdə Prezident Milli Məclisi buraxır. Amma hazırda gündəmdə növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələ yoxdur. Yəqin ki, kimsə deputat olunmaq istəyir, ona görə də bu məsələni ortaya atıb”.

Xatırladaq ki, V çağırış Milli Məclisə seçkilər 2015-ci ildə keçirilib və deputatların səlahiyyət müddəti 5 ildi. Ölkədə növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək.

Şərhlər

sual 2018-04-13 18:02:14

siyavuş muəllim. cox konstitusiya deyirsən. mənim xirdalanda dovlət qeyidiyatina alinmiş mulkumun daxidilib , icindəki 50 min manatliq malimin talanmasi ilə bağli bir vətəndaş və hətta əfqan doyuşcusu kimi sizə muraciət edim . hec vecinə belə saya salmadin indi nə oldu konstitusiya yadina duşub. məgər mənim mulkiyətimdə olan əmlakim konstitusiya ilə qorunmurmu?

Akif 2018-04-13 18:02:14

Siyavuş Novruzov əmin ol ki,sizin hakimiyyəti saxlamaq üçün dəridən-qabıqdan çıxan, İlham Əliyevə canfəşanlıqla yararlanan Eynulla FƏtullayev və Razi Nurullayev bu dəfə deputat təyin olacaqlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol