Menu

"ABŞ, Britaniya və Fransanın məqsədi sadəcə Əsədi devirməkdir" - Səfir

13.04.2018, 19:41
"ABŞ, Britaniya və Fransanın məqsədi sadəcə Əsədi devirməkdir" - Səfir

"ABŞ, Böyük Britaniya və Fransanın məqsədi sadəcə Əsədi və Suriya hökumətini devirməkdir".APA-nın məlumatına görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

Rusiyalı diplomat Suriyanın Şərqi Quta vilayətində kimyəvi silah tətbiqinə dair provokasiyada Britaniyanın əli olduğunu iddia edib.

V. Nebenzya hər üç ölkəni dünyanı təhlükəli həddə gətirməkdən çəkinməyə, Suriyada yaranmış vəziyyətdən sülh yolu ilə çıxış yollarını aramağa çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol