Menu

Sumqayıtda 25 yaşlı qadın intihara cəhd edib

13.04.2018, 20:44

xezer-denizi_300Sumqayıt şəhərində 25 yaşlı qadın intihara cəhd edib.

"Report"un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Göyərçin abidəsi yaxınlığında - dəniz kənarında baş verib.

Belə ki, şəhər sakini, 1993-cü il təvəllüdlü Ləman Tofiq qızı Həsənova özünü dənizə atmaq istəyib. Ətrafda olan insanların sayıqlığı nəticəsində o xilas edilib.

Xəstəxanaya çatdırılan qadının 3 gün bundan öncə naməlum şəxs tərəfindən döyüldüyü və bu səbəbdən intihara cəhd etmək istədiyi məlum olub.

Hazırda fakt üzrə araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol