Menu

«ABŞ-ın Suriya siyasəti sülhə təhlükə törədir!» - Rusiya səfiri

14.04.2018, 00:08
«ABŞ-ın Suriya siyasəti sülhə təhlükə törədir!» - Rusiya səfiri

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) Britaniyadakı səfiri Aleksandr Yakovenko bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) avtomatik olaraq, Fransa və Britaniya tərəfindən dəstəklənən siyasəti sülhə təhlükə törədir.

«ABŞ-ın Fransa və Britaniya tərəfindən praktikada avtomatik olaraq dəstəklənən siyasəti bölgədə və onun sərhədləri xaricində sülh və təhlükəsizlik üçün təhdidə çevrilir» - deyə, səfir mətbuat konfransında bəyan edib.

«Biz, hesab edirik ki, beynəlxalq birlik kənarda qalmamalı və ABŞ və müttəfiqlərinin planlaşdırdığı fəaliyyətə yönəlik öz narahatlığını bəyan etməlidir» - səfir əlavə edib.

Bundan əvvəl, ABŞ Prezidenti Donald Tramp ehtimal olunun kimyəvi hücuma cavab olaraq, Suriyaya qarşı fəaliyyət üçün qərar qəbul edəcəyini vəd verib. Suriya hakimiyyəti isə sözügedən hücumu inkar edir.

Rusiya xarici işlər nazirliyi (XİN) bəyan edib ki, Suriya ordusu tərəfindən zəhərli maddələrdən istifadə olunması barədə şayiələrin buraxılması terrorçuları qorumaq və xaricdən endirilə biləcək mümkün zərbələri əsaslandırmaq məqsədi daşıyır. Bununla yanaşı, Rusiya silahlı qüvvələri Baş qərargahı (SQ BQ) hələ martın 13-də terrorçular tərəfindən Şərqi Qutda «kimyəvi hücum» adı altında provokasiya törədiləcəyi barədə xəbər vermişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol