Menu

“Suriyaya 100-dən çox raket buraxılıb” - Rusiya MN

14.04.2018, 10:21
“Suriyaya 100-dən çox raket buraxılıb” - Rusiya MN

“ABŞ, Britaniya və Fransa Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox qanadlı raket və “hava-yer” raketi buraxıb”.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Açıqlamada iddia olunur ki, Suriya Hava Hücumundan Müdafiə sistemləri raketlərin önəmli qismini hədəfə çatmadan məhv edib.

Nazirlik qeyd edib ki, zərbələr ABŞ hərbi donanmasının Qırmızı dənizdəki iki gəmisindən, Aralıq dənizi akvatoriyasında taktiki aviasiya tərəfindən, eləcə Suriya ərazisindəki Ət Tanf rayonundan qalxan ABŞ-ın “B-1B” strateji bombardmançıları vasitəsilə endirilib.

Şərhlər

Sakit 2018-04-14 10:21:24

İndi Rusiya Əsədi müdafiə etsin görək,necə müdafiə edir.Bu bütün diktatorlara bir siqnaldır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol