Menu

"Suriya, İran və “Hizbullah”a vacib siqnal göndərildi" - İsrail hökuməti

14.04.2018, 11:32
"Suriya, İran və “Hizbullah”a vacib siqnal göndərildi" - İsrail hökuməti

“Qərb koalisiyasının Suriya ərazisinə zərbələri İran, Suriya və “Hizbullah”a vacib siqnaldır”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İsrailin təhlükəsizlik kabinetinin üzvü, tikinti naziri Yoav Qalant deyib.

“Bu zərbələr “şər üçbucağı” üçün çox vacib siqnaldır: İran, Suriya və “Hizbullah”. Kimyəvi silahdan istifadə qırmızı xəttin keçilməsidir və insanlıq buna dözüm göstərə bilməz”, - deyə Y. Qalant söyləyib.

Şərhlər

Ayzek 2018-04-14 11:32:24

altdan-altdan aranı qarışdıran elə İsraildir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol