Menu

ABŞ Suriyaya dair danışıqların başa çatdığını bəyan edib

15.04.2018, 10:58
ABŞ Suriyaya dair danışıqların başa çatdığını bəyan edib

Suriyadakı vəziyyətlə əlaqədar danışıqlara ayrılan vaxt başa çatıb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli deyib.

“Danışıqlar üçün vaxt başa çatdı, hərəkətə keçmək gərəkdir. Və bu ötən gecə baş tuttdu”, - deyə Heyli əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp ABŞ-ın Suriyada “missiyasını yerinə yetirdiyini” bəyan edib.

ABŞ, Britaniya və Fransa aprelin 14-nə keçən gecə Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox raket buraxıb. Rusiya tərəfi iddia edir ki, Suriya Hava Hücumundan Müdafiə sistemləri raketlərin əksəriyyətini hədəfə çatmadan məhv edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol