Menu

İranın Suriyadakı hərbi bazasında partlayış olub - 20 nəfər ölüb

15.04.2018, 12:02
İranın Suriyadakı hərbi bazasında partlayış olub - 20 nəfər ölüb

İranın Suriyanın Hələb şəhərinin cənubunda yerləşən təlim düşərgəsində güclü partlayış olub.

APA-nın məlumatına görə, CNN Türk hadisə yerindəki mənbələrinə istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı 20 nəfər həlak olub.

Hadisə yerinə təcili yardım maşınları və xilasetmə heyəti cəlb olunub.

Partlayış baş verən ərazidə İsrail Hərbi Havva Qüvvələrinə məxsus qırıcı təyyarələrin uçuşlar etdiyi bildirilir. Partlayışın da məhz havadan endirilən zərbələr nəticəsində baş verdiyi ehtimal olunur.

Digər məlumatlarda isə deyilir ki, partlayış silah anbarında olub.

Məlumat hələlik rəsmi təsdiqlənməyib.

Şərhlər

Admi 2018-04-15 12:02:19

Iranin gucu catir Israile cavab versin. Deyecekler yalan melumatdi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol