İyulun 4-də işğal altındakı Kəlbəcər rayonundan yoxa çıxmış 17 yaşlı erməni gəncin meyiti tapılıb.
Virtualaz.org saytı erməni qaynaqlarına istinadən xəbər verir ki, Smbat Tsakalyanın meyitini Kəlbəcərin kəndlərinin birindəki qəbiristanlıqdan tapıblar.
Erməni mənbələri Tsakakalyanın “türk qəbiristanlığında” çoxsaylı bıçaq zərbələri və işgəncə ilə öldürüldüyünü iddia edir.
Bundan əvvəl Ermənistanın müdafiə naziri Seyran Ohanyan jurnalistlərə deyib ki, 17 yaşlı erməninin yoxa çıxmasında “Kəlbəcər rayonuna keçmiş azərbaycanlı diversantların” əli ola bilər. O, istintaqın bu məsələni araşdırdığını deyib.
Smbat Tsakalyanın ailəsi Kəlbəcər rayonunda qanunsuz məskunlaşdırılmış ermənilər arasında yer alır. Onun atası iyulun 4-də polisə “oğlunun evdə tək qaldığını, geri qayıdanda onu yoxa çıxdığını gördüklərini” bildirib.


Şərhlər