Menu

İŞİD-in bazası bombalandı - Foto

16.07.2014, 09:22
İŞİD-in bazası bombalandı - Foto

Nə qədər ölü və yaralı olduğu haqqında məlumat yoxdur

İraq ordusu gecə saatlarında İŞİD-ə aid bazanı bombalayıb.

ANS PRESS-in məlumatına görə, İraq ordusuna aid döyüş təyyarələri İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının yerləşdiyi Mosul Universiteti tələbə şəhərciyini bombalayıb.

Bölgədəki hadisə şahidləri ərazinin iki dəfə bombalandığını bildirib. İŞİD-in maneə törətməsi səbəbilə bölgəyə girilmədiyi üçün nə qədər ölü və yaralı olduğu haqqında məlumat yoxdur.

Qeyd edək ki, hava hücumu zamanı mosullulara evlərindən çölə çıxmamaq tapşırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol