Menu

Türkiyədə fövqəladə vəziyyət rejimi 7-ci dəfə uzadılır - 81 vilayətdə etiraz aksiyası keçiriləcək

16.04.2018, 11:59
Türkiyədə fövqəladə vəziyyət rejimi 7-ci dəfə uzadılır - 81 vilayətdə etiraz aksiyası keçiriləcək

Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) fövqəladə vəziyyətin müddətinin uzadılmasına etiraz olaraq ölkənin bütün vilayətlərində eyni zamanda etiraz aksiyası keçirəcək.

Trend-in məlumatına görə, aksiyalar aprelin 16-da, yerli vaxtla saat 12:00-da başlayacaq.

Qeyd edək ki, bir müddət əvvəl baş nazirin müavini Bekir Bozdağ fövqəladə vəziyyət rejiminin müddətinin uzadılacağını bildirmişdi.

Bu dəfə də fövqəladə vəziyyətin müddətinin uzadılacağı təqdirdə bu, sayca yeddinci olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol