Menu

Almaniyada təxminən yarım milyon mütəxəssisə ehtiyac var

16.04.2018, 22:24

Almaniya-bundestaqAlmaniyada mütəxəssis çatışmazlığı ölkə iqtisadiyyatının inkişafını ildə bir faiz aşağı salır. Bu barədə “Rheinische Post” qəzeti Almaniya İqtisadiyyatı İnstitutunun (IW) tədqiqatlarına əsasən məlumat yayıb. Ekspertlər bildirirlər ki, ölkədə ümumilikdə 440 minə yaxın mütəxəssis çatmır. Əgər alman müəssisələri göstərilən sayda işçi tapa bilərsə, bunun nəticəsində ildə iqtisadiyyata 30 milyard avro gələcək ki, bu da IW-nin hesablamalarına görə 0,9 faiz artım deməkdir.

2017-ci ildə daha çox vakansiya nəqliyyat və logistika, satış, metal emalı, maşınqayırma və avtomobil istehsalı, energetika, elektrotexnika, inşaat və səhiyyə (xəstə və yaşlı insanlara qulluq da bura daxildir) sahələrində tələb olunub.

Şərhlər

Mühəndis B. 2018-04-16 22:24:58

"Hədsiz güclü" Azərbaycan Prezidentura İnstitutu elə mütəxəssislərə heç bir ehtiyac duymur və onları məmnuniyyətlə Almaniyaya bağışlaya bilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol