Menu

ABŞ-ın sabiq birinci xanımı ölüb

18.04.2018, 08:28
ABŞ-ın sabiq birinci xanımı ölüb

ABŞ-ın 41-ci prezidenti böyük Corc Buşun həyat yoldaşı Barbara Buş 92 yaşında vəfat edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Buş ailəsinin yaydığı məlumatda bildirilir.

Barbara Buş 1925-ci ilin iyunun 8-də Nyu-York şəhərində anadan olub. Ata tərəfdən ABŞ-ın 14-cü prezidenti Franklin Pirsin qoyumudur. Barbara Buş 16 yaşında Corc Buşla tanış olub, 1945-ci ildə ailə qurublar.

Cütlüyün 5 övladı, 17 nəvəsi və 7 nəticəsi var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol