Menu

SOCAR yeni şirkət yaradıb

18.04.2018, 09:26
SOCAR yeni şirkət yaradıb

Vergilər Nazirliyi (VN) “SOCAR-Petrofac” MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 121, nizamnamə kapitalı 100 min manat, qanuni təmsilçisi isə Ruslan Əflatun oğlu İbrahimovdur.

VN “SOCAR-Petrofac”ın Müşahidə Şurasının üzvlərini də açıqlayıb. Bunlar Fuad Salman oğlu Süleymanov, Xalik Rəfi oğlu Məmmədov, Kərim Osseiran, Fişer David Trevordur.

Şərhlər

Mühəndis B. 2018-04-18 09:26:06

İş aləminə və izləyiciyə yeninin fəaliyyət dairəsi maraqlı ola bilər. Bu "Petrofac"ın təsisçiləri üçün daha vacibdir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol