AZƏRBAYCAN "İSGƏNDƏR"Ə QARŞI RAKET ALIR - "Naxçıvandan Yerevana zərbə endirilə bilər" +VİDEO

Moskvanın "Kommersant" qəzetinin məlumatına görə, bu il Belarus Azərbaycana on ədəd "Polonez" yaylım atəşli reaktiv sistem göndərəcək. Belarus Müdafiə Nazirliyindəki mənbə qəzetə bildirib ki, müqavilə on komplekt RSZO (raketlər, idarəetmə məntəqəsi, radiolokasiya stansiyaları və s.) verilməsini nəzərdə tutur.

Hüquqi sənədlər yekun mərhələsindədir, sifarişçi ödəniş məsələsinin həllini başa çatdırır. Müqavilənin məbləği açıqlanmır.

Bakı çoxdan Belarusun "Polonez"inə "göz qoyub". Azərbycanın müdafiə naziri Zakir Həsənov bu yaxınlarda Minskdə həmin raket sistemi ilə tanış olub. Rusiyadakı hərbi ekspertlər bu sövdələşməni Bakının Ermənistana "İskander" raket sisteminin göndərilməsinə cavab kimi baxır.

Qeyd edək ki, bundan öncə bir sıra Belarus KİV-i Ermənistanın təzyiqi ilə Minskin Azərbaycana "Polonez" göndərməkdən imtina etdiyini bildirmişdi. O zaman Bakıya raket sisteminin göndərilməsi ilə bağlı danışıqlar Yerevanın etirazına səbəb olmuşdu. Yerevan Minski üzv olduğu KTMT-nin nizamnaməsini pozmaqda ittiham etmişdi. Lakin hadisələr göstərdi ki, bu cür yazılar Yerevanı sakitləşdirmək üçün manevr idi.

"Polonez""in taktiki-texniki xüsusiyyətlərinə gəlincə, bu sistem düşmənin qrup şəklində və ya tək hədəfini, canlı qüvvə və texnikasını məhv etmək üçün nəzərdə tutulub.

300 mm. kalibrli raket Amerikanın RSZO HIMARS sistemindən iki dəfə uzağa uçur və peyk naviqasiyası əsasında korrektirovka sistemi ilə təchiz edilib. Hədəfdən yayınma 30 m.-i ötmür. Altı hərbi maşından ibarət "Polonez" batareyası bir atəşlə 100 kv. km. sahədə yerləşən 48-dək ayrı-ayrı hədəfi vura bilir.

Raket 280 km. məsafədə atəşi təmin edən peyk idarəetmə sisteminə malikdir. 480 kq. çəkisində döyüş hissəsi 560 kq. trotil gücə malikdir.

Bu o deməkdir ki, Ermənistan ərazisi və Dağlıq Qarabağ güclü raket zərbəsi altında qala bilər. Əsasən Naxçıvan ərazisindən Ermənistanın paytaxtına zərbə endirilə bilər. (Turan)

635x100

Şərhlər

ağsaqqal 2018-04-18 22:14:00

Onsuzda burada erməni heç kimdir .Əsas oyunçu URUSDUR -özüdə hər iki tərəfə çox güclü təsir edir ,yəni dovşana qaç,tazıya tut məsələsi ,rus Naxçıvana təsir göstərsə ,bilirki TÜRK məsələsi gündəmə gələcək .Odurki mürəkkəb bir oyun ...

Müfəttiş 2018-04-18 22:14:00

Rusiayanın bu oyunları, özünün zəif texiki imkanlara malik olan silahlarını Azəraycana sırımaq məqsədi güdür. Özü də elə qiymətə satır ki, gələcəkdə ermənilərə peşkəş edəcəi silahları da qabaqcadan kompensasiya edir. Bizimkilər isə, bu oyunun iştirakçısı olmağa sadəcə məkumdurlar....

Arif Qədimov 2018-04-18 22:14:00

Naxçıvanın adının belə hallanması çox güman ki,Rusiyanın Qarabağdan sonra Naxçıvan işğalı haqqındakı növbəti planıdır.Bu o deməkdir ki, rusiya öz sılahlarını və ordusunu İrəvana yerləşdirsin və bəhanə də o olsun ki,Naxçıvanda İrəvanı vuracaq silahlar var və biz də buna qarşı hazırlıq görürk.Mənim 76 yaşım var və hərbi qulluqda "Baş kəşfiyyatçı" olmuşam.Bizim birinci vəzifəmiz düşmən mövqelərində olan hərbi texnikanı və canlı qüvvələrin hansı sayda və tərkibdə olmasını gizli yolla dəqiqləşdirmək idi.İndi isə

t.ədalət 2018-04-18 22:14:00

Naxçıvan ərazisini təhlükəyə məruz qoymaq,yalançı raket zərbələrindən dəm vurmaq,ancaq kürdlərin xeyrinə ola bilər.ermənistan üçün ola biləcək hərhansı bir təhlükənin qarşısının alınmasını öz üzərinə götürən rusiya,Naxçıvana hücum üçün səbəb axtarır.İşğal altındakı DQ -yə toplaşan kürdlər üçün bu göydəndüşmə olar.Odur ki,biz torpaqlarımızın azad edilməsindən bəhs etməliyik.Naxçıvanın adının hallandırılmasına son verilməlidir.

Son yazılar