Menu

Rusiyada müsəlman deputat öldürüldü - Foto

16.07.2014, 12:43
Rusiyada müsəlman deputat öldürüldü - Foto

Muhammed Kunijev stadionda futbol oynayarkən vurulub

Rusiyanın Qaraçay-Çərkəz Respulikasının Milli Məclisinin deputatı Muhammed Kunijev öldürülüb.

ANS PRESS-in məlumatına görə, qətl hadisəsi Qaraçay-Çərkəz Respulikasının Abaza rayonunun Psıj aulunda baş verib. Ölüm anında deputat stadionda olub və futbol oynayıb.

İlkin məlumata görə, qətl iki yerli sakin tərəfindən törədilib. Onlar torpaq məsələləri ilə bağlı münaqişə aparırmışlar.

Milliyyətjə abaza olan Kunicev Muhamed Aslanbekoviç 1973-cü ildə anadan olub. Evli olub, 4 uşağı qalıb. Moskva Açıq Sosial Universitetini bitirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol