Menu

Bakıda yaşayış binasında yanğın - 3 uşaq xilas edilib (YENİLƏNİB)

19.04.2018, 14:40
Bakıda yaşayış binasında yanğın - 3 uşaq xilas edilib (YENİLƏNİB)

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 60 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 8 m2 sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər azyaşlı mənzildən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

* * *

Bakıda yaşayış binası yanır.

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə paytaxtın Hüseyn Cavid prospekti 186 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən yaşayış binasının 2-ci mərtəbəsindəki mənzillərdən birində meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğının fotoları sosial şəbəkələrdə yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol