Menu

Ötən il Azərbaycan vətəndaşı olan 53 məhkum xarici dövlətlərdən təhvil alınıb

19.04.2018, 17:20
Ötən il Azərbaycan vətəndaşı olan 53 məhkum xarici dövlətlərdən təhvil alınıb

Məhkumların bir qismi təhvil verilmələrinə köməklik göstərilməsi ilə bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) müraciət edib.

APA-nın xəbərinə görə, Ombudsmanın 2017-ci il üzrə illik hesabatında bildirilib ki, bu müraciətlər əsasında aidiyyəti qurumlara sorğular verilib və müvafiq araşdırmalar aparılıb.

2017-ci ildə Azərbaycan vətəndaşı olan 53 həbs edilmiş şəxs və məhkum xarici dövlətlərdən təhvil alınıb, 81 şəxs və məhkum isə xarici dövlətlərə göndərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol