Menu

"Altı ölkə İsraildəki səfirliyini Qüdsə köçürməyə hazırdır" - Netanyahu

20.04.2018, 09:57
"Altı ölkə İsraildəki səfirliyini Qüdsə köçürməyə hazırdır" - Netanyahu

İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, 6 ölkə İsraildəki səfirliyini Qüdsə köçürməyə hazırdır.

"Report"un məlumatına görə, bu barədə "The Times of Israel" xəbər verib.

"Şadam ki, 6 ölkə bizə ciddi şəkildə səfirliklərini Qüdsə köçürəcəklərini deyiblər. Qvatemala sağ olsun ki, bunu edib. İndi sizin pəncələriniz üzərində başqaları gedəcək", - deyə o bildirib.

Daha əvvəl Fələstin prezidenti Mahmud Abbas ABŞ-ın İsraildəki səfiri barədə kəskin ifadələr işlədib.

ABŞ-la Fələsin arasında münasibət prezident Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra pisləşib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol