Menu

Geomaqnit qasırğası 6 saat davam edib

20.04.2018, 14:23

Geomaqnit hadisesiBu gün Yer kürəsində zəif geomaqnit qasırğası baş verib.

“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, səhər saatlarından başlayan təbiət hadisəsi 6 saata yaxın davam edib.

Qasırğanın baş verməsinə səbəb Günəş küləyi sürətinin dəyişməsi olub.

Alimlər bildirib ki, bu il 7 geomaqnit qasırğası olub və proqnozlara görə, mayın ortalarına qədər başqa qasırğanın olması gözlənilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol