Menu

İlham Əliyev Morninqstarı qəbul etdi

16.07.2014, 16:19
İlham Əliyev Morninqstarı qəbul etdi

Prezident İlham Əliyev iyulun 16-da ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, enerji sahəsində uzun illər həyata keçirilən əməkdaşlığın önəmi qeyd olunub, əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol