Bu gün saat 12:39-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 12:54-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Nərimanov rayonu ərazisində əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan Trend-ə verilən xəbərə görə, məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə ″Bakı Metropolteni″ QSC-nin N.Nərimanov adına Elektrik deposunun ərazisinə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş əl qumbarasının ətrafında 500 kv.m əraziyə yerüstü və 20 kv.m əraziyə yeraltı baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.


Şərhlər
QURANA AND OLSUN YALANDIR. ÖZ ƏLLƏRİ İLƏ QOYUB ÖZ ƏLLƏRİ İLƏ DƏ GÖTÜRÜRLƏR. SONRA DA HESABAT VERİRİLƏR Kİ, BƏS BU İLİN FİLAN AYINA QƏDƏR APARDIĞIMIZ OPERATİV VƏ TƏXİRƏSALINMAZ TƏDBİRLƏR SAYƏSİNDƏ BİR MİYON BEŞ YÜZ DOXSAN SƏKKİZ ƏDƏD TANK ƏLEYHİNƏ QUMBARA, YEDDİ MİN ON DÖRD ƏDƏD PİYADA QOŞUN BİRLƏŞMƏRİ ƏLEYHİNƏ MİNA, YÜZ QIRX SƏKKİZ ƏDƏD MƏNŞƏYİ MƏLUM OLMAYAN PARTLAYICI QURĞU TƏRƏFİMİZDƏN AŞKARLANARAQ ZƏRƏRSİZLƏŞDİRİLMİŞDİR. GECƏ-GÜNDÜZ XALQIN KEŞİYİNDƏDİLƏR.ƏHSƏN. SİZ DEDİZ BİZ DƏ İNANDIQ. .....