Menu

Dərbənddə 9 silahlı məhv edildi

22.04.2018, 00:42
Dərbənddə 9 silahlı məhv edildi

Dağıstanın Dərbənd şəhərində keçirilən xüsusi əməliyyat zamanı 1 May bayram tədbirlərində terror aktı planlaşdıran 9 silahlı məhv edilib.

TASS xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsinin məlumatında bildirilir.

Məlumata görə, polislərin təslim olmaq çağırışına avtomatla atəş açan silahlılar cavab atəşi ilə məhv edilib.

Əməliyyat zamanı polis və dinc əhali arasında itki olmayıb, bir asayiş keşikçisi yüngül yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol