Menu

Sumqayıt şəhəri ərazisindən dənizə çıxmış 2 gənc batıb

22.04.2018, 11:59
Sumqayıt şəhəri ərazisindən dənizə çıxmış 2 gənc batıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri ərazisindən dənizə çıxmış 2 nəfərin, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun batdığı ehtimal olunur.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, FHN-nin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.​

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol