Menu

Bakı metrosunda dəhşətli intihar - Qadın özünü qatarın altına atdı

22.04.2018, 14:51
Bakı metrosunda dəhşətli intihar  - Qadın özünü qatarın altına atdı

Bu gün Bakı metropoliteninin 28 may stansiyasında sərnişinlərdən biri özünü qatarın altına atıb.

Bu barədə Unikal.org-un hadisə yerində olan əməkdaşı məlumat verib. Hadisə təxminən 12:50 radələrində baş verib.

Belə ki, İçəri şəhər - Həzi Aslanov istiqamətində hərəkət edən 14 saylı qatar 28 may stansiyasına daxil olarkən 30-35 yaşlarında gənc qadın özünü qatarın altına atıb. O, qatar relsinin üzərinə düşdüyündən başı bədənindən ayrılıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, baş verən hadisə ilə əlaqədar qatarların hərəkətində 10 dəqiqəlik gecikmə yaranıb. Hadisə nəticəsində intihar edən qadının cəsədi qatarın altından çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

İntihar edən qadın Lənkəran şəhər sakini, 1976-cı il təvəllüdlü Səfərova Ruhəngiz Canəli qızıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol