HÜSEYN ABDULLAYEV AZƏRBAYCANA GƏTİRİLİB! - Rəsmən təsdiqləndi! + FOTO/ VİDEO

Beynəlxalq axtarışda olan sabiq deputat Hüseyn Abdullayev xaricdə tutularaq Azərbaycana gətirilib. APA-nın məlumatına görə, H. Abdullayev "İnterpol" tərəfindən Türkiyədə saxlanılıb və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verilib. Azərbaycana gətirilən H. Abdullayev Vergilər Nazirliyinin istintaq idarəsinə təhvil verilib və hazırda onun ifadəsi alınır.

Daxili İşlər Nazirliyindən APA-ya H. Abdullayev Türkiyədə tutularaq Azərbaycana gətirilməsi xəbərini təsdiqləyiblər.

Qeyd edək ki, 2012-ci ildə H. Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edilib.

***

Bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat, biznesmen “Quska” ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib. Bu barədə “Qafqazinfo” xəbər verib.

Məlumata görə, Azərbaycan tərəfindən vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb.

O bu gün təyyarə ilə Azərbaycana gətirilib və istintaq təhvil verilib.

Maraqlıdır ki, H.Abdullayevin "Facebook" profili hazırda bağlıdır. Bu, H.Abdullayevin həbs olunduğu ehtimalını artırır.

"AzPolitika" xatırladır ki, Azərbaycan hakimiyyəti son vaxtlar Avropadakı bəzi mühacirlərin Prezident İlham Əliyev və ətrafına qarşı apardıqları təhqir kampaniyasının H.Abdullayevlə bağlılığı olduğundan şübhələnirdi. Ara-sıra hökumətyönlü KİV-lər belə iddialar irəli sürürdülər. Bu baxımdan Azərbaycanın hüquq-mühafizə orqanlarının H.Abdullayevin Azərbaycana gətirilməsi istiqamətində səylərini daha da artırdıqları istisna olunmurdu. Belə görünür ki, bu cəhdlər nəticə verib.

Onu da qeyd edək ki, H.Abdullayev payıza planlaşdırılan prezident seçkilərində namizəd kimi iştirak etmək niyyətini açıqlamışdı. Seçkilər 6 ay əvvələ çəkildikdən sonra o, boykot qərarını açıqladı.

Xatırladaq ki, H.Abdullayev bir neçə ildirki Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.

V.Nəsibov

H. Abdullayevin Bakı hava limanında qollu qandallı fotoları və videogörününtüləri yayılıb.

635x100

Şərhlər

MƏLİK 2018-04-23 12:25:12

VAXT VAR İDİ ONUN DA QOÇU DSƏSTƏSİ VARDIR YETİMYESİRİ DÖYMƏK ÜÇÜN. İNDİ ALLAH CIZALANDIRIR ONU O QEYRİ İNSANİ ƏLAMƏTLƏRİNƏ GÖRƏ. MİLLƏTƏ XALQA QARŞI ÇIXAN AXIRDA CƏZASINI ALIR.ALLAH GÖTÜRÜB KƏLLƏSİ ÜSTƏ VURUR YERƏ QAN QUSUR. HARINLARIN HAMISI BELƏ OLACAQ KİMLİYİNDƏN ASILI OLMAYARAQ.

o.b.n 2018-04-23 12:25:12

2013-də böyuk qəhramanlıqları oluub İ.Qənbərli unutmaz.

G.M 2018-04-23 12:25:12

Olsun ki,Bunu fəzail Ağamalıyev tutub.Ya da..Quska bəlkə də özü təslim olmaq üçün Türkiyəyə gəlib.Onun xeyli imkanlı tərəfdarları var.Ona qarşı işgəncə faktoru ola bilməz.

vətəndaş 2018-04-23 12:25:12

Xaricdə oturub buradakı insanlara "kişilik"dən danışırdı. İndi ay quska ....kişiliyini nümayiş etdir.

miri 2018-04-23 12:25:12

......... Quska da bu şəbəkənin boya-başa çatmasında xüsusi xidmətləri olanlardan biridir. Maliyyə imkanları ilə,sonradan isə haqq istəyənləri əzmək üçün istifadə etdiyi idmançı -qocular şəbəkəsi ilə. Amma əvəzsiz muzey yeri məsələsində yola getmədiyi üçün cəzalandırıldı.Surgundə isə vətənpərvər hissləri "cusa " gəldi. Qısası .... daxili "razbirka"su. P.s. Admin müəllim: siz yazılan kommentlərin hansı İP dən gəldiyini görə bilirsiz. miri imzası ilə həmişə mən yazıram və neçənci dəfədir ki, bu imzadan (Nik) başqaları istifadə edəndə yer verilməməsini xahiş etmişəm. Amma yenə təkrar rast gəlinir.Əyər belə davam yol verəcəksiniz, başqa imza götürüm. Daimi oxucularımızı incitməyin!

Aslan AKbey 2018-04-23 12:25:12

Bir sıçrarsın çekirge, iki sıçrarsın çekirge, sonunda yakalanırsın çekirge.

miri 2018-04-23 12:25:12

Galdi Resul muellim)))) Bununla Azerbayjanin butun problemleri hell olundu))))) Fetulah Gulenide getirmey lazimdi putun gunahlar ondadir. Beynalxalg Banki Fetullah yarib aparib.... A besturunde multfilm gesterdiniz..... Ne geder olar ???

николай 2018-04-23 12:25:12

kül qoyum sənin kişi başına! Niyəsini sənə başa salacaqlar!

ABDULQADIR 2018-04-23 12:25:12

,,MÜHACIR OVU,,EMELIYYATI.

R-n 2018-04-23 12:25:12

Vaxtile buna sherait yaradib,guc vasitesi,tanishlig ,gohumlug yolu ile psevdobiznesmene cevrilmesinde ne xalgin,hetta muxalifetin rolu olmayib.Bele kal armudlar,ele hakimiyyetin ozunun mehsuludur,paylarini da alirlar,ne yolla olur olsun...

Bashirov Qarib 2018-04-23 12:25:12

Inandirici xebere oxshayir.Quska vetenperver, xalqini ve dovletini seven bir insandir, hebsinin de esl sebebi yalniz bu ola biler.

Son yazılar