"Tanin" sualtı qayığın hazırlanmasına 1 milyard avro xərclənib
Almaniya Federal Təhlükəsizlik Şurasının İsrailə sualtı qayıq satdığını təsdiq edib.
ANS PRESS-in məlumatına görə, Almaniya baş nazirinin müavini və iqtisadiyyat naziri Sigmar Gabriel İsrailə sualtı qayıq, Kolumbiya üçün 2 sualtı qayığın təmir edildiyini və Misirə helikopter hissələrinin satıldığına icazə verildiyini bildirib.
Qeyd edək ki, keçən ay İsrailə təhvil verilən "Tanin" sualtı qayığı Almaniya istehsalı olan ən böyük və təkmil texnika hesab olunur. Sualtı qayığın hazırlanmasına 1 milyard avro xərclənib. Bunun da 30 faizini Almaniya höküməti öz üzərinə götürüb.
Bu sualtı qayıqdan nüvə bombası daşımaq xüsusiyyətinin olması Almaniyada gərginliyə səbəb olub. Bu arada məlum olub ki, Almaniyta daha 3 belə sualtı qayıq İsrailə satıb.



Şərhlər